Azərbaycan prezidenti İlham Əliyev Qarabağ münaqişəsinin nizamlanmasında status-kvonun qəbuledilməz olduğunu vurğulayır.
“Beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Mövcud status-kvo qəbuledilməzdir. Qarabağ münaqişəsinin həll üçün Azərbaycanın işğal olunan ərazilərini azad etmək lazımdır”, - deyə İ.Əliyev bazar ertəsi Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündə bildirib.
Onun sözlərinə görə, BMT münaqişənin nizamlanması üzrə 4 qətnamə qəbul edib. “Lakin, əfsuslar olsun ki, həmin qətnamələr 20 ildən artıqdır ki, icra olunmur”, - deyə o əlavə edib. **
R.Babayev, A.Əzizov