Prezident İlham Əliyev hesab edir ki, Azərbaycan-Rusiya-İran əməkdaşlıq formatı regionda təhlükəsizlik və sabitliyin təminat mənbəyidir.
"Azərbaycan-Rusiya-İran əməkdaşlıq formatı regionda təhlükəsizlik və sabitliyin təminat mənbəyidir. Regionda təhlükələr və risklər artır. Belə şəraitdə əlaqələrimiz sülh və sabitlik üçün əsas şərtdir", - deyə İ.Əliyev avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündə bildirib.
Onun sözlərinə görə, gələcəkdə Azərbaycan, Rusiya Federasiyası və İran siyasi əlaqələri gücləndirməlidir.
Dövlət başçısı həmçinin üçtərəfli iqtisadi əməkdaşlığın genişlənməsi üçün potensialın mövcudluğunu da qeyd edib. "Biz ticarət sahəsində əməkdaşlığımızı genişləndirəcəyik, energetika sahəsində əməkdaşlıq üçün də yaxşı imkanlar var", - deyə o əlavə edib.*