Azərbvaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin Azərbaycan, Rusiya və İran liderlərinin üçtərəfli görüşünün nəticələrindən razıdırlar.
Azərbaycanın rəsmi mətbuatının məlumatına görə, bazar ertəsi İ.Əliyev və V.Putin çay süfrəsində iranlı həmkarları Həsən Ruhaninin iştirakı ilə üçtərəfli görüşün nəticələrini müzakirə ediblər, bu görüşün regional əməkdaşlığın möhkəmlənməsi üçün əhəmiyyətini qeyd ediblər.
“O cümlədən, prezidentlər Azərbaycan-Rusiya ikitərəfli münasibətlərin strateji xarakter daşıdığını vurğulayıblar, əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar”, - deyə mətbuat qeyd edir. **