2016-cı il iyulun 1-nə Azərbaycanda banklar tərəfindən 2,592 min ədəd bankomat quraşdırılıb ki, bu da ilin əvvəlinə olan göstəricidən 3,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
İyulun 1-nə Bakıda 1,425 min ədəd (azalma 5,2%), regionlarda 1,167 min ədəd bankomat (azalma 2,1%) quraşdırılıb.
AMB-nin məlumatına görə, cari ilin I yarısında respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında azalma müşahidə olunub. Xüsusilə iyul ayının əvvəlinə onların sayı 73,222 min ədəd (azalma 8,8%) təşkil edib.
Bununla yanaşı, Bakıda 42,063 min ədəd (azalma 14,1%), regionlarda 31,159 min ədəd (azalma 0,7%) pos-terminal mövcuddur.
Pərakəndə ticarət obyektlərində 71,898 min ədəd pos-terminal və ya bütün pos-terminalların 98,2%-i quraşdırılıb.*
N.Abbasova