Azərbaycan Dövlət Neft Fondu (ARDNF) çərşənbə axşamı hərracda banklara $50 mln. məbləğində valyuta satıb. Bu barədə fonddan məlumat verilib.
“ARDNF avqustun 9-da Mərkəzi Bankın keçirdiyi valyuta hərracında iştirak edib. Hərraca çıxarılmış $50 mln. məbləğində vəsait 29 banka satılıb”, - deyə məlumatda qeyd olunur.
Ümumilikdə ARDNF avqustda keçirilmiş valyuta hərraclarında banklara $148,5 mln., Mərkəzi Bank isə $60 mln. satıb.**
N.Abbasova