2016-cı ilin birinci yarısında iyulun 1-nə banklar və bank olmayan kredit təşkilatları tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 15,2% - 18 mlrd. 434,2 mln. manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2016-cı il iyulun əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 539,8 mln. manat (artım 2,1%) və ya bütün kreditlərin 8,3%-ni təşkil edir.
İyulun 1-nə dövlət payına malik olan banklar tərəfindən 5 mlrd. 878,2 mln. manat (azalma 19,4%) və ya bütün kreditlərin 31,9%-i, özəl banklar tərəfindən 12 mlrd. 7,2 mln. manat (azalma 13,5%) və ya bütün kreditlərin 65,1%-i həcmində kredit verilib. Qalan məbləğ bank olmayan kredit təşkilatlarının payına düşür.
İyunun sonuna verilmiş kreditlərin ümumi həcmindən 9 mlrd. 570,4 mln. manat (azalma 13%) milli valyuta, 8 mlrd. 863,9 mln. manat (azalma 17,5%) xarici valyuta ilə verilib. Birinci yarımilliyin yekunu üzrə xarici valyutada kreditlərin xüsusi çəkisi 2015-ci ilin yekunları üzrə 49,4%-ə qarşı 48,1% təşkil edir.
Cari ilin iyul ayının 1-nə olan vəziyyətə görə, bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 681,4 mln. manat (bütün kreditlərin 14,5 %-i) ticarət və xidmət sahələrinin, 388,9 mln. manat (2,1%) energetika, kimya və təbii ehtiyatlar sektorunun, 424,8 mln. manat (2,3%) kənd təsərrüfatı və emal sahələrinin, 2 mlrd. 621,6 mln. manat (14,2%) tikinti və daşınmaz əmlak sahələrinin, 1 mlrd. 326,6 mln. manat (7,2%) sənaye və istehsal sektorunun, 1 mlrd. 273,7 mln. manat (6,9%) nəqliyyat və rabitə sahələrinin, 6 mlrd. 911,9 mln. manat (37,5%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Bununla belə, yanvar-iyun aylarında ev təsərrüfatı sahəsinin kreditləşməsi üzrə bankların portfeli 17,6% azalıb. **
N.Abbasova