Çərşənbə axşamı Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putin ilə danışıqlar aparmaq məqsədilə Sankt-Peterburqa gəlib.
İki liderin görüşü Rusiya prezidentin iqamətgahı - Konstantinovsk sarayında keçiriləcək.
Rusiya, R.Ərdoğanın Türkiyədə çevriliş cəhdindən sonra səfər etdiyi ilk ölkədir. Bu, 2015-ci ilin noyabr ayında Rusiya-Türkiyə münasibətlərinin kəskin pisləşməsindən sonra V.Putin ilə ilk görüşüdür.
R.Ərdoğanın tarixi adlandırığı görüşdə prezidentlərin ikitərəfli əməkdaşlığın bütün əsas istiqamətlərinin bərpası imkanlarının müzakirəsi gözlənilir.
Danışıqların yekununda mətbuat konfransının keçirilməsi planlaşdırılır. Sonra Rusiya və Türkiyə liderləri iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşəcəklər. **