Xarici işlər naziri Elmar Məmmədyarov Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərindəki xəstəxanada çoxsaylı insan tləfatı ilə nəticələnən törədilmiş terror aktı ilə əlaqədar pakistanlı həmkarı Sərtac Əzizə başsağlığı məktubu ünvanlayıb.
“Məktubda E.Məmmədyarov bu dəhşətli terror aktından dərin kədər hissi keçirildiyi bildirilib və terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikasının terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyini qeyd edib”, - deyə XİN-in mətbuat xidmətinin məlumatında deyilir.
Nazir həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verib və yaralananların tezliklə şəfa tapmasını diləyib. **
F.İsazadə