Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan ölkəsində demokratiyanı möhkəmləndirmək niyyətində olduğunu barədə Rusiya prezidenti Vladimir Putinə bəyan edib.
“Xalqımızın istənilən çevriliş cəhdinə qarşı olduğu və demokratiya arzu etməsi təşkil olunan Demokratiya mitinqində daha aydın və dəqiq şəkildə özünü göstərdi”, - deyə R.Ərdoğan bildirib.
R.Ərdoğan qeyd edib ki, Türkiyədə çevriliş cəhdindən dərhal sonra V.Putinin “telefon zəngi onu çox sevindirib”. “Həm şəxsən məni, həm həmkarlarımı, həm xalqımızı sizin telefon zənginiz çox sevindirdi”, - deyə o vurğulayıb. **