Avqustun 9-da Azərbaycanda iki nəfər suda boğulub. Bu barədə Daxili İşlər Nazirliyinin saytında məlumat verilir.
Belə ki, Zaqatala rayon sakini Məhəmməd Ömərov Xəzər rayonunun Buzovna qəsəbəsindəki dəniz çimərliyində suda boğulub.
Bundan başqa, Tovuz rayonunun İbrahimhacılı kəndində kənd sakini Maarif Qurbanov göldə çimərkən boğulub.*
R.Babayev