Azərbaycanda 8 minə yaxın vərəm xəstəsi qeydiyyatdadır. Bu barədə Elmi Tədqiqat Аğ Ciyər Xəstəlikləri İnstitutunun (ETACXİ) elm üzrə direktor müavini İradə Axundova məlumat verib.
“Azərbaycanda 8 minə yaxın vərəm xəstəsi qeydiyyatdadır. Onlardan 4 mindən çoxu yeni xəstələrdir”, - deyə o bildirib.
İ.Axundova qeyd edib ki, son 5 ildə xəstələnmənin dinamikasında müsbət dəyişikliklər müşahidə olunur.
“Əgər 2010-cu ildə əhali üzrə 100 min nəfərə 53,5 vərəm xəstəsi düşürdüsə, 2015-ci ildə bu göstərici 41,3 nəfər təşkil edib”, - deyə İ.Axundova vurğulayıb.
“Ölkədə bu xəstəlik üzrə ən aktiv yaş 20-40 arasında dəyişir”, - deyə o qeyd edib.
Eyni zamanda, İ.Axundova məlumat verib ki, 2015-ci ildə bu xəstəlik uşaqlar və yeniyetmələrdə aşkar olunub.
“Uşaqlar və yeniyetmələr arasındakeçən il üçün 369 nəfər (2014-cü ildə 400 nəfər) vərəm xəstəsi kimiqeydiyyata alınıb. Bunlar arasında 179 nəfər (2014-cü ildə 178 nəfər) 14 yaşadək, 190 nəfəri (2014-cü ildə 222 nəfər) isə 15-17 yaş arasında olub”, - deyə İnstitutun direktor müavini bəyan edib.
Onun sözlərinə görə, son illər ərzində uşaqlar və yeniyetmələr arasında xəstələnmə halları hər 100 min nəfərə 21,45-dən 14,3-dək azalıb.
"Ümümdünya Səhiyyə Təşkilatının statistik məlumatına əsasən, dünyada il ərzində 9 mln.-dan artıq insan bu xəstəliyə yoluxurvə 1,8 mln. insan bu xəstəlikdən vəfat edir”, - deyə İ.Axundova bildirib. **
R.Babayev