Azərbaycanın gömrük orqanları ölkə vətəndaşından qaçaqmalçılıq yolu ilə gətirilən 144 ədəd 1 litrlik araqlar aşkar edərək götürüblər. Bu barədə Dövlət Gömrük Komitəsinin saytında məlumat verilir.
“Gəncə Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən 144 ədəd 1 litrlik “Nemiroff” adlı araqlar aşkar edərək götürüblər”, - deyə Komitədən qeyd olunub.
Bildirilir ki, mallar gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilir. **
F.İsazadə