Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğanın görüşü Suriya probleminin nizamlanması nöqteyi-nəzərindən Avropa Komissiyasını maraqlandırır. Bu barədə Komisiyadan bəyan ediblər.
“Avropa perspektivi mövqeyindən regionda sabitləşməyə yönələn bütün səylərin və Suriya böhranının sülh yolu həllinin vacibliyini vurğulamaq istərdim”, - deyə AK-nin rəsmi nümayəndəsi Mina Andreyeva çərşənbə günü Brüsseldə brifinqdə bildirib.
Bununla bərabər, o bildirib ki, bütövlükdə səfər ikitərəfli xarakter daşıyıb.
Öncə Türkiyə XİN başçısı məlumat verib ki, Ankara və Moskva diplomatlar, hərbçilər və kəşfiyyatçıların iştirakı ilə Suriya üzrə mexanizm yaradır. İlk görüş avqustun 11-də Sankt-Peterburqda keçiriləcək. Daha sonra XİN başçılarının görüşü olacaq. Bundan başqa, Türkiyə və Rusiya arasında Suriyada atəşkəs məsələsi və münaqişənin siyasi yoll həllinə dair razılıq əldə olunub. **