“Unicapital” şirkəti 2016-cı ilin iyul ayında dövlət və korporativ qiymətli kağızlar bazarında (Repo əməliyyatları bazarı istisna olmaqla) göstərilən xidmətlərin həcminə görə brokerlərin renkinqinə başçılıq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
“Unicapital” cari ilin iyul ayında 52 mln. 795,373 min manat məbləğində broker xidməti göstərib (iyunda 2-ci yer).
İyul ayının yekunları üzrə ikinci yeri 40 mln. 945,98 min manat məbləğində xidmət göstərmiş “PAŞA Kapital” MMC brokeri tutub (iyunda 1-ci yer).
Qeyd olunan dövrdə üçüncü yerdə 19 mln. 63,993 min manat məbləğində xidmət göstərmiş “AzFinance Invest” MMC qərarlaşıb (iyunda 3-cü yer).
Ötən ay ümumilikdə 4 broker xidmət göstərib.*
N.Abbasova