Azərbaycanda ASAN TV tətbiq olunacaq. Dövlət başçısının saytında bildirilir ki, bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional “ASAN xidmət” mərkəzinin açılışında prezident İlham Əliyevə məlumat verilib.
Qeyd edilib ki, bu günədək ASAN xidmət mərkəzlərinə 11 mln.-a yaxın müraciət daxil olub. 700 minə yaxın şəxs “ASAN xidmət”in xidmətlərindən istifadə edib.
Dövlət başçısına “ASAN xidmət”, həmçinin “ASAN wifi” layihəsi barədə məlumat verildi.
Qəbələ “ASAN xidmət” mərkəzində işçilərin ümumi sayı 200 nəfərdir ki, onların da 45 nəfəri könüllüdür. Qeyd olunan mərkəz ölkədə sayca 10-dur. **
R.Babayev