“Rabitəbank” müştərilərinə onlayn rejimdə kredit ödənişlərini və hesaba mədaxili həyata keçirmək xidmətini təqdim edib. Bu barədə bankdan məlumat verilib.
“Rabitəbank” “AzeriCard” ilə birlikdə müştərilərin rahatlığını təmin etmək məqsədi ilə onlayn kredit ödəniş xidmətini müştərilərin istifadəsinə verdi. İndi müştərilərbanka gəlmədən onlayn rejimdə kredit ödənişlərini və hesaba mədaxili rahat şəkildə həyata keçirə bilərlər. Bunun üçün bankın rəsmi saytında xidmətdən yararlanma kifayətdir”, - deyə məlumatda deyilir.
“Rabitəbank” 1993 –cü ildə yaradılıb. Bankın səhmdarları 20-yə yaxın hüquqi və fiziki şəxsdir.
“AzeriCard” prosessinq mərkəzi Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsusdur. **
N.Abbasova