Rusiya və Azərbaycan arasında qarşılıqlı münasibətlər yeni səviyyəyə çıxır. Bu fikri politoloq Tofiq Abbasov səsləndirib.
«Rusiyanın Qarabağ münaqişəsinə münasibəti dəyişib, eləcə də Moskva Bakıya regionda aparıcı oyunçu və strateji tərəfdaş kimi yanaşır», - deyə o, “Cənubi Qafqaz”politoloqlar klubunun iclasında bildirib.
Politoloqun sözlərinə görə, iki ölkənin qarşılıqlı münasibətlərində yeni səhifə açılır.
«Qarabağ münaqişəsinin nizamlanması Azərbaycanın qonşuları üçün də vacibdir. Çünki Bakı ilə münasibətlər, eləcə də Cənubi Qafqazda maraqlarının olması onlar üçün prioritetdir. Münaqişə beynəlxalq layihələrin həyata keçirilməsini ləngidir, gələcək planlara mane olur və qonşu dövlətlər üçün təhdid mənbəyidir. Əgər bu təhlükəli prosesi öz axarına buraxsaq, bu, yeni faciə və çağırışlara səbəb olacaq», - deyə T.Abbasov qeyd edib.*
F.İsazadə