Tehran Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasına olan marağını gizlətmir. Politoloq Tofiq Abbasov belə hesab edir.
“İran Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına böyük marağının olduğunu gizlətmir, çünki bu ölkə həm Ermənistan, həm də Azərbaycanla həmsərhəddir”, - deyə T.Abbasov “Cənubi Qafqaz” Piolitoloqlar Klubunun iclasında bildirib.
O qeyd edib ki, İran sərhədyanı Araz çayına bilvasitə aidiyyatı olduğuna görə, yeganə dövlətdir ki, hərbi əməliyyatlar zonasına qoşun yeritmək hüququna malikdir.
Politolq həmçinin Tehranın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesinin gedişi barədə məlumatlandırılmaq tövsiyyələrinin oluduğunu xatırladıb.
“Hələ 1990-cı illərdə Qarabağ müharibəsi başladıqdan sonra İran vasitəçilik təşəbbüsləri ilə çıxış etdi. Tehran Azərbaycan və Ermənistanı barışdırmaq üçün bu istiqamətdə səy göstərib”, - deyə o bildirib.
T.Abbasov xatırladıb ki, 1992-ci ildə Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandığı gün ermənilərin Şuşa şəhərini işğal etdikləri barədə məlum olub.
“Bundan dərhal sonra bir sıra ekspertlər və KİV Şuşanın düşmənə verilməsinin arxasında İranın durduğu barədə məlumatlar yaymağa başladı”, - deyə o vurğulayıb.
Politoloq qeyd edib ki, o zaman Şuşada İranın qoşunları olmayıb “və onlar şəhəri düşmənə verə bilməzdilər”.
T.Abbasov bəyan edib ki, İran-İraq müharibəsindən sonra İranın regional mövqeyinin möhkəmləndirilməsi regionun digər dövlətlərinin maraqlarına cavab vermirdi. Politoloq vurğulayıb ki, bu səbəbdən həmin ölkələr Qarabağa dair danışıqlar prosesindən İranı kənarlaşdırdılar.
Onun sözlərinə görə, bundan başqa, həmin o güvvələr islam inqilabının yayılmasından qorxurdular.
“İndi fərqli geosiyasi vəziyyət yaranıb, çox şer dəyişilib. Nə İran, nə Rusiya, nə də Azərbaycan 20 il öncə olduqları kimi deyillər. Lakin Ermənistan bu dövr ərzində inkişaf baxımından geridə qalıb”, - deyə T.Abbasov yekun vurub. **
F.İsazadə