Kulevi“Qara dənizterminalı”MMC 6 saylı yeni rezervuar parkı inşa etməyi planlaşdırır. Bu barədə MMC-nin məlumatında deyilir.
«Layihədə piroliz məhsulları, izopropil spirti və sənaye yağının emalı üçün ümumi tutumu 12 min kubmetr olan beş rezervuardan ibarət parkın tikintisi nəzərdə tutulub. Piroliz məhsulları üçün tutumu 3 min kubmetr olan 3 rezervuar, izopropil spirti üçün tutumu 2 min kubmetr olan 1 rezervuar, sənaye yağı üçün isə 1 rezervuar tikiləcək", - deyə məlumatda qeyd edilir.
MMC yeni rezervuar parkının tikintisinin "Ətraf mühitə təsirin qiymətləndirilməsi” üzrə hesabatın hazırlanması üçün sentyabrın 8-də bu layihə üzrə ictimai dinləmələr keçirməyi planlaşdırır.
Məlumatda vurğulanır ki, "Ətraf mühitə təsirin qiymətləndirilməsi” üzrə hesabatın hazırlanması Gürcüstanın təbiəti mühafizə idarəsindən bu obyektin inşası və istismarına icazənin alınması üçün lazımdır.
Terminalın xam neft, mazut və qazoylun saxlanması üçün istifadə olunan neft bazası ümumi gücü 320 min kubmetr olan 16 sisterndən ibarətdir.
SOCAR Kulevidə neft terminalını 2007-ci ilin yanvar ayında alıb. Onun tikintisi və modernləşməsinə $350 mln.-dan artıq məbləğdə investisiya yatırılıb. Ötürmə gücü illik 10 mln. ton neft və neft məhsulları təşkil edən terminal vasitəsilə bu məhsulların Azərbaycandan dünya bazarlarına nəqli həyata keçirilir.*
N.Abbasova