Azərbaycan prezidenti İlham Əliyev Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri üçün “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 3 mln. manat ayırmağı tapşırıb.
Cümə axşamı dövlət başçısı müvafiq sərəncam imzalayıb.
Qeyd olunan vəsait Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq. **
R.Babayev