BMT Rusiya və Türkiyənin “İslam dövləti” terror qruplaşması ilə mübarizədə səyləri birləşdirmək barədə razılığa gəlməsini alqışlayır.
"Biz İŞİD-lə mübarizədə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atılan bütün addımları alqışlayırıq. Biz bu qurplaşma ilə bağlı problemləri, eləcə də onun İraq və Suriya ərazilərinə nəzarət etməsinin qarşısının alınmasının zəruriliyini dəfələrlə müzakirə etmişik", - deyə BMT mətbuat katibinin müavini Fərhan Haq bildirib.*