Asiya İnkişaf Bankı (AİB) enerji sektorunun sağlamlaşdırılması planının hazırlanması üçün $1,2 mln. məbləğində texniki yardımın ayrılmasını təsdiq edib. Bu barədə AİB-nin saytında məlumat verilir.
“Planın hazırlanmasına ümumi xərclər $1,5 mln. həcmində qiymətləndirilir. Bunun $1,2 mln.-u AİB-nin, qalan $0,3 mln. - Azərbaycan hökumətinin payıdır”, - deyə məlumatda qeyd edilir.
Texniki yardım aşağlıdakı vəzifələrin həllinə yönəldiləcək: elektrik təchizatının real dəyərinin hesablanması (elektrik enerjisisi istehsalı, ötürülməsi və bölüşdürülməsi); elektrik enerjisi istehsalı tariflərinin yeni strukturunun hazırlanması, müxtəlif müştərilər üçün şaxələndirilmə ilə onun ötürülməsi və bölüşdürülməsi.
Həmçinin texniki yardım çərçivəsində enerji sektorunun sağlamlaşdırılması üzrə yol xəritəsinin hazırlanması və 2022-ci ilə qədər xərclərin tam qaytarılmasının təminatı üçün tarifin tədricən artırılması; tarif islahatı barədə əhalinin məlumatlandırılma kampaniyasının aparılması; digər ölkələrin qabaqcıl təcrübəsinin araşdırılması və təşkilati strukturun möhkəmləndirilməsi.
Bununla yanaşı, elektrik təchizatı sahəsində mövcud siyasətin, normativ-hüquqi bazanın ətraflı icmalı keçiriləcək, müvafiq tövsiyyələr baxılması üçün hökumətə təqdim olunacaq.
“O cümlədən, AİB 2017-2018-ci illərdə enerji sektorunun sağlamlaşdırılması planının reallaşdırılmasında hökumətin dəstəyi üçün əlavə vəsaitin təqdim olunması imkanını istisna etmir”, - deyə məlumatda qeyd olunur.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. 1 yanvar 2016-cı il tarixinə olan vəziyyətə görə əməkdaşlıq müddətində bank Azərbaycanda 59 layihənin həyata keçirilməsi üçün $2 mlrd. 321,62 mln. vəsait ayırıb. Bundan əlavə, bank tərəfindən texniki yardımın göstərilməsi ilə bağlı 32 layihənin reallaşdırılmasına $22 mln. ayrılıb.**
N.Abbasova