Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində insan tələfatı ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə cümə günü Daxili İşlər Nazirliyindən məlumat verilib.
“Mercedes”, “Opel” və “Hyundai” markalı avtomobillər toqquşması nəticəsində 3 nəfər həlak olub, 5 nəfər yaralanıb.
Yol qəzasında Süleyman Novruzlu, Mirhəşim Abbasov və Ramidə Hüseynova hadisə yerində həlak olublar. **
R.Babayev