İsrailin müdafiə naziri Aviqdor Liberman Azərbaycanda yaşayan yəhudi icmasının üzvlərinə göstərilən qayğının yüksək səviyyədə olduğunu qeyd edir. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi və müavini ilə görüşdə A.Liberman Azərbaycanla İsrail arasında dostluq əlaqələrinin mövcudluğunu vurğulayıb.
Nazirə Mərkəzin fəaliyyəti və keçirdiyi tədbirlər, Bakıdakı Qlobal Forumlar barədə məlumat verilib.
A.Liberman 2017-ci ildə Bakıda keçiriləcək V Qlobal Bakı Forumunda iştiraka dəvət alıb.
2016-cı ilin may ayında müdafiə naziri təyin olunmadan öncə A.Liberman milli infrastruktur, nəqliyyat və xarici işlər naziri, ölkənin baş nazirinin müavini postlarını tutub. **
R.Babayev