Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaxın günlərdə gözlənilən isti hava şəraiti ilə əlaqədar respublika vətəndaşlarına uzun müddət açıq havada olmamağı məsləhət görür.
Nazirliyin Milli Hidrometeorologiya Departamentininməlumatına görə, istirahət günlərində havanın temperaturu 40-43 dərəcə isti olacaq.
Avqustun 15-dək Bakı və Abşeron yarımadasında havanın temperaturu 35-39 dərəcə isti təşkil edəcək, müəyyən saatlarda isə 41 dərəcəyə çatacaq.
Naxçıvan Muxtar Respublikası ərazisində temperatur 43 dərəcə isti təşkil edəcək.
Bununla əlaqədar nazirlik vətəndaşları uzun müddət açıq havada olmamağı məsləhət görür.*
R.Babayev