Ankara Amerikanın Pensilvaniya ştatında yaşayan moizəçi Fətullah Güləni ekstradisiya etmək çağırışına müsbət reaksiya verib.
“Çağırışlarımıza müsbət siqnallar almağa başlamışıq”, - deyə Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu cümə günü jurnalistlərə bildirib. Bununla yanaşı, o heç bir təfərruat barədə məlumat verməyib.
Nazir qeyd edib ki, bu yaxınlarda Ankara F.Gülənə aid növbəti partiya sənədləri Vaşinqtona göndərəcək.
Öncə Türkiyə F.Gülənin ekstradisiyası üçün ABŞ-a rəsmi sorğu göndərib. **