“Azneft” İstehsalat Birliyi (SOCAR-ın neft və qaz hasilatı üzrə strukturu - İF-Az) 2016-cı ilin yanvar-iyul aylarında 3 mln. 663,9 min ton neft hasil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azneft”dən məlumat verilib.
Birliyin xətti ilə yanvar-iyul ayları ərzində qaz hasilatının həcmi 3,3 mlrd. kubmetr təşkil edib (plan 103,1% yerinə yetirilib).
2016-cı ilin əvvəllərində İB tərəfindən 32 yeni quyu istismara verilib və onlardan 43,8 min ton neft hasil edilib.
Yanvar-iyul aylarında İB-nin fəaliyyətdə olmayan quyu fondundan 67 quyu qaytarılıb və əlavə olaraq 25,3 min ton neft hasil edilib.
Bundan başqa, hesabat dövründə 370 quyuda aparılmış geoloji tədbirlər nəticəsində əlavə olaraq 95,4 min ton neft çıxarılıb.
Xəbər verildiyi kimi, 2015-ci ildə “Azneft” İB 6 mln. 778 min ton neft və 6,1 mlrd. kubmetr qaz istehsal edib.
2016-cı ildə neft hasilatı 6,3 mln. ton, qaz hasilatı 5,6 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılır.**
N.Abbasova