Azərbaycanın gömrük orqanları 141,156 kq heroinin Gürcüstana traznitinin qarşısını alıb. Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuiat xidmətindən məlumat verilib.
“Astara Gömrük İdarəsinin əməkdaşları İrandan gələn Tacikistan vətəndaşının idarə etdiyi “DAF” markalı yük maşınına baxış zamanı 141,156 kq heroin aşkar ediblər. Sürücü ilkin ifadə zamanı Azərbaycandan tranzit keçməklə Gürcüstana getmək istədiyini bildirib”, - deyə Komitədən qeyd olunub.
Faktla bağlı araşdırma aparılır. **
F.İsazadə