1 iyul 2016-cı ilə olan vəziyyətə görə, Azərbaycanda əmək pensiyasının orta aylıq məbləği 189,6 manata bərabərdir (cari məzənnə ilə $117,7). Bu barədə Dövlət Sosial Müdafiə Fondunun məlumatında deyilir.
Respublikada əmək pensiyasının orta aylıq məbləği orta aylı əmək haqqının 38,8%ni təşkil edir.
1 iyul 2016-cı ilə olan vəziyyətə görə, 1 mln. 307,7 min əmək pensiyaçı DSMF-nin sistemində uiçotdadır. Bu da ölkə əhalisinin 13,6%-ni təşkil edir.
Pensiyaçıların 59,8%-i - yaşa görə, 29%-i - əlilliyə görə, 11,2%-i - ailə başçısının itirilməsinə görə pensiya alır. **
R.Babayev