Yanvar-iyun aylarında Azərbaycanda məişət zorakılığı ilə bağlı 434 cinayət hadisəsi qeydə alınıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlyumat verilib.
Məişət zorakılığından 521 nəfər zərər çəkib, onların 81%-ni qadınlar təşkil edir.
Cinayətlərin 7,4%-i sərxoş vəziyyətdə, 11,8%-i əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən törədilib.
Cinayətlərin 0,9%-i əzab vermə, 1,2%-i qəsdən sağlamlığa ağır zərər vurma, 96,1%-i qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma ilə bağlıdır. **
R.Babayev