2016-cı ilin birinci yarısında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçıların əsas xərclərinin 49,5%-i ətrzaq malları, içkilər və tütün məmulatlarının alışı ilə əlaqədar olub. Bu barədə Azərbaycan Mərkəzi Bankın 2016-ci ilin birinci yarısında pul siyasətinə dair icmalında qeyd olunur.
Bundan başqa, istehlakçıların xərclərinin 17,8%-i geyim, ayaqqabı, 5,5%-i - elektrik cihazları və mebel, 0,8%-i kompüter, telekommunikasiya avadanlığı, 1,2%-i - əczaçılıq məmulatları, 6,5%-i - avtomobil yanacağı, 18,7%-i - digər qeyri-ərzaq mallarının alışına yönəlib.
Bununla belə, 2016-cı ilin birinci yarısında bir istehlakçı orta hesabla hər ay pərakəndə ticarət şəbəkəsində 117,8 manat məbləğində ərzaq, içki, 121,6 manat məbləğində qeyri-ərzaq malları alıb. **
N.Abbasova