Bakının Yasamal rayonunda “AtaBank”ın “Elmlər” şöbəsi fəaliyyətə başlayıb. Bu barədə bankın məlumatında qeyd edilir.
“Elmlər” şöbəsi fiziki və hüquqi şəxslərə bank xidmətlərinin bütün spektrini təqim edəcək.
Hazırda Bakı və regionlarda “AtaBank” ASC-nin şəbəkəsi 26 filial və şöbədən ibarətdir.
“AtaBank” ASC 1994-cü ildə yaradılıb və “AtaHolding”in strukturuna daxildir. “AtaBank” Azərbaycanın 10 aparıcı bankından biridir. **
N.Abbasova