2016-cı ilin yanvar-iyul aylarında Azərbaycanda 3 mlrd. 290,4 mln. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 2,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2016-cı ilin yanvar-iyul aylarında 1 mlrd. 677,7 mln. manat heyvandarlıq, 1mlrd. 612,7 mln. manat bitkiçilik məhsullarının payına düşüb.
Hesabat dövrü ərzində heyvandarlıq məhsullarının istehsal həcmi 2,8% artıb.
Bundan başqa, 263,6 min ton ət (artım 2,6%), 1 mln. 168,8 min ton süd (artım 2,1%), 947,8 mln. ədəd yumurta (artım 5,5%), 15,9 min ton yun (artım1,6%) istehsal edilib.
Yanvar-iyun aylarında bitkiçilik məhsullarının istehsalı 2,5% artıb. **
N.Abbasova