Almaniyanın yeni səfiri Mixael Kindsqrab Azərbaycanla münasibətlərin inkişafı üzrə Almaniya rəhbərliyindən aydın göstərişlər alıb.
Dövlət başçısının saytında verilən məlumata görə, bu barədə M.Kindsqrab Azərbaycan prezidentyi İlham Əliyevlə görüşdə bəyan edib.
“İkitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı Almaniyanın kansleri Angela Merkeldən və xarici işlər naziri Frank-Valter Ştaynmayerdən aydın göstərişlər almışam. Onlar sabit və inkişaf edən tərəfdaş ölkə olan Azərbaycanla əlaqələrin genişləndirilməsinə böyük maraq göstərirlər”, - deyə məlumatda M.Kindsqrabın sözlərindən sitat gətirilir.
Diplomat siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığın daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini dedi.
Dövlət başçısı öz növbəsində Bakı ilə Berlin arasında ikitərəfli əlaqələrin çox uğurla inkişaf etdiyini vurğuladı.
“Ölkələrimiz arasında əməkdaşlıq fəal inkişaf edir”, - deyə president qeyd edib.
Azərbaycanla Almaniya arasında qarşılıqlı inam və etimada əsaslanan siyasi dialoqun davam etdirilməsinin önəmini qeyd edən İ.Əliyev enerji, nəqliyyat, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu dedi.
Xəbər verildiyi kimi, M.Kindsqrab bazar ertəsi etimadnaməsini İ.Əliyevə təqdim edib. **
F.İsazadə