“PAŞA Həyat Sığorta” şirkəti 2016-cı ilin yanvar-iyul aylarında sığorta haqqı yığmını ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 38% - 49,58 mln. manatadək artırıb. Bu barədə şirkətin məlumatında qeyd edilir.
“Şirkətin 2016-cı ilin yanvar-iyul aylarında sığorta haqqı yığmını 49,58 mln. manat təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 38% çoxdur”, - deyə məlumatda qeyd olunur.
2016-cı ilin yanvar-iyul aylarında şirkət 13,567 mln. manat məbləğində ödənişlər həyata keçirib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2 dəfə çoxdur.
Şirkətin məlumatına əsasən, 1 avqust tarixinə “PAŞA Həyat Sığorta”nın aktivləri 156,852 mln. manat, məcmu kapitalı 47,373 mln. manat, həmçinin nizamnamə japitalı 40,25 mln. manat təşkil edib.
“PAŞA Həyat Sığorta" şirkəti 2011-ci il fevralın 14-də sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və sığorta haqlarının yığım həcminə görə aparıcı sığorta şirkətlərinin üçlüyünə daxildir. Şirkətin yeganə səhmdarı “PAŞA Holdinq”dir.**
N.Abbasova