Bakı Apellyasiya Məhkəməsində “Azadlıq” radiosunun jurnalisti Xədicə İsmayılovanın ölkədən çıxışına icazə vermədi. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə jurnalistin vəkili Fariz Namazlı məlumat verib.
“Bakı Apellyasiya Məhkəməsində jurnalisitin ölkədən çıxışının qadağan edilməsinə dair Binəqədi rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Prosesdə şikayət təmin edilməyib”, - deyə vıkil qeyd edib.
Onun sözlərinə görə, müdafiə tərəfi qərardan Ali Məhkəməyə kassasiya şikayəti verəcək.
Bakı Ağır Cinayətlər Məhkəməsi sentyabrın 1-də jurnalist X.İsmayılovanın 7,5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Noyabr ayında Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
X.İsmayılova Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinib. Bununla yanaşı, ona ittiham olunduğu 125-ci maddə (özünü öldürmə həddinə çatdırma) üzrə bəraət verilib.
Cari ilin avqust ayında məhkəmənin qərarına əsasən, X.İsmayılovanın şərti həbsinin müddəti 3,6 ildən 2,3 ilədək azaldılıb. Bununla yanaşı, məhkəmə 5 illik sınaq müddəti qərarını qüvvədə saxlayıb. **
F.İsazadə