Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu gün keçirilən hərracda banklara $50 mln. məbləğində valyuta satıb. Bu barədə fonddan məlumat verilib.
“ARDNF avqustun 16-da Mərkəzi Bankın (AMB) keçirdiyi valyuta hərracında iştirak edib. Hərraca çıxarılmış $50 mln. məbləğində vəsait 27 banka satılıb”, - deyə məlumatda qeyd olunur.
Fond avqust ayında keçirilən valyuta hərraclarında ümumilikdə $248,5 mln., AMB isə $75 mln. satıb.**
N.Abbasova