“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “AtaBank”ın qısamüddətli reytinqini “B” və uzunmüddətli reytinqini “B-” səviyyəsində təsdiq edib. Bu barədə bankdan məlumat verilib.
O cümlədən, “Fitch Ratings” “AtaBank”ı “Rating Watch Negative” siyahısından çıxarıb.
“AtaBank”ın reytinqinin qiymətləndirilməsi zamanı “Fitch Ratings” korporativ idarəçiliyin qiymətləndirilməsində müsbət təcrübə, onun yüksək şəffaflığı və sabitliyinə əsaslanırdı”, - deyə məlumatda qeyd olunur.
“AtaBank” ASC 1994-cü ildə yaradılıb və “AtaHolding”in strukturuna daxildir. “AtaBank” Azərbaycanın 10 aparıcı bankından biridir.
Hazırda “AtaBank” ASC-nin şəbəkəsinə Bakı və regionlarda fəaliyyət göstərən 26 filial və şöbə daxildir. **
N.Abbasova