“Fitch Ratings” beynəlxalq agentliyi “Expressbank”ın kredit reytinqini stabil proqnozla “B” səviyyəsində təsdiq edib. Bu barədə bankın məlumatında deyilir.
“Bu reytinq yerli banklar arasında ən yüksək nəticə hesab edilir. “Fitch”in “Expressbank”ın reytinqi üzrə proqnozu bankın aktivlərinin keyfiyyətini və kaöpitalın adekvatlığı nəzərə alınmaqla mümkün risklərin qarşısının alınması potensialını əks etdirir”, - deyə məlumatda deyilir.
Məlumatda vurğulanır ki, son iki il ərzində iqtisadi vəziyyətin dəyişməsinə baxmayaraq, “Fitch” “Expressbank”ın reytinqini dəyişməyib, “bu da növbəti dəfə bankın maliyyə sabitliyini sübut edir”.
“Expressbank” 1989-cu ildə yaradılıb və Azərbaycanın 20 aparıcı bankları sırasına daxildir. **
N.Abbasova