Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrini şücaəti Ermənistanın hərbi-siyasi rejimini sarsıtdı. Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev buna əmindir.
“Aprel döyüşlərində Azərbaycan əsgərinin şücaəti və döyüş əzmi Ermənistan hərbi-siyasi rejimini sarsıtdı və düşmən məğlubiyyətin qaçılmazlığını qəbul etmək məcburiyyətində qaldı”, - deyə E.Quliyev bildirib.
O vurğulayıb ki, ən müasir silah və hərbi texnika ilə təchiz edilən Azərbaycan Silahlı Qüvvələri aprel ayında ermənilərin təxribatına cavab olaraq düşmənin alınmaz hesab etdiyi mövqeləri, dislokasiya yerləri, komanda-dayaq məntəqələri, qərargahları qısa müddət ərzində darmadağın edib.
E.Quliyev əmindir ki, “ən qısa müddətdə Azərbaycan xalqı böyük zəfər gününü bayram edəcək”.
“Azərbaycan əsgərinin şücaəti və döyüş əzmi Ermənistanın hərbi-siyasi rejimini sarsıtdı”
“Ərazi bütövlüyümüz bərpa olunacaq və bütün sərhəd xətti boyu şanlı dövlət bayrağımız dalğalanacaq”, - deyə o vurğulayıb.
18 avqust tarixində Azərbaycan Sərhəd Mühafizəsinin 97-ci ildönümü qeyd olunur. **
F.Isazadə