2016-cı ilin birinci yarısında Azərbaycanda elektrik enerjisinin istehlak həcmi 9,7 mlrd. kV/saat təşkil edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisinə uyğundur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına əsasən, yanvar-iyun aylarında Azərbaycanda büetün təsərrüfat subyektləri tərəfindən elektrik enerjisinin istehlak həcmi 9,7 mlrd. kV/saat təşkil edib. Bununla yanaşı, bu həcmin 42,4%-i əhalinin, 29%-i sənayenin, qalanı digər sahələrin payına düşüb.
Xəbər verildiyi kimi, 2016-cı ilin birinci yarısında Azərbaycanda elektrik enerjisinin ümumi istehsal həcmi 10 mlrd. 954,6 mln. kV/saat, həmçinin əmtəəlik elektrik enerjisinin istehsal həcmi 10 mlrd. 471,7 mln. kV/saat təşkil edib. **
N.Abbasova