Referenduma çıxarılan məsələlər Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının təminatına yönəlib. Bu barədə Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev bəyan edib.
“Referenduma çıxarılan məsələlər Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi ilə əlaqədardır”, - deyə Z.Nağdəliyev bu gün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə çıxışı zamanı bildirib.
O ölkədə güclü seçici qanunvericilik bazasının olduğunu qeyd edib.
“Heç kim Azərbaycanda keçirilən seçkilərə, referendumlara irad tuta bilməz”, - deyə Z.Nağdəliyev vurğulayıb.
O, referendumun keçirilmə prosesinin şəffaflığının təminatı və seçicilərin hüquqlarının pozulmasına yol verilməməyin əhəmiyyətini qeyd edib.
Z.Nağdəliyev referendumun yüksək səviyyədə keçiriləcəyi və beynəlxalq standaratlara uyğun olacağına dair əminlik ifadə edib.
“Seçki Məcəlləsinin heç müddəası pozulmamalıdır. Heç bir seçki məntəqəsində belə hala yol verilməməlidir. Maraqlı tərəflərin təxribatları, niyyətləri ola bilər, biz bunların qarşısını almalıyıq”, - deyə o bəyan edib. **
R.Babayev