Moskvada “qanuni oğru” Aslan Usoyanın (Ded Xasan) qətlinin sifarişçi ehtimal olunan kriminal “avtoritet” Rövşən Canıyev (Lənkəranski) İstanbul xəstəxanasında vəfat edib. Bu barədə yerli mətbuat Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna istinadən məlumat verir.
Baş Konsulluqda R.Lənkəranskinin vəziyyətini “İnterfaks-Azərbaycan” agentliyinə şərh etmədilər.
“Ən dəqiq məlumat Azərbaycan Xarici İşlər Nazirliyindədir. Ora müraciət edin”, - deyə Baş Konsulluqda bəyan ediblər.
Bu arada, Şişli Hamidiye Tədris və Araşdırma Xəstəxanası və Türkiyə Səhiyyə Nazirliyi də R.Lənkəranskinin vəziyyətini şərh etməkdən imtina ediblər. **
F.İsazadə