Cari ilin iyul ayında Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlərin sayı ötən ilin müvafiq dpvrü ilə müqayisədə 100 dəfə çoxdur. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat verir.
“Cari ilin iyul ayında BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 10 min 73 nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 100 dəfə çoxdur”, - deyə məlumatda deyilir.
Fars körfəzi ölkələrindən Azərbaycana gələn xarici vətəndaşların sayının kəskin artımını nazirlik BƏƏ vətəndaşları üçün sadələşdirilmiş viza rejimi ilə əlaqələndirir.
“Təsadüfi deyil ki, 2015-ci il ərzində Fars körfəzi ölkələrindən Azərbaycana gələn xarici vətəndaşların sayında 57,5 % artım baş verib”, - deyə nazirlikdən qeyd ediblər.
Bununla yanaşı, BƏƏ-dən 2016-cı ilin yanvar-iyun aylarında ölkəmizə gələn xarici turistlərin sayı 10,086 min nəfər təşkil edir. Ümumilikdə, yeddi ay ərzində onların sayı 20,159 min nəfər olub. **
R.Babayev