Valentin Demyanenko “Rio-2016” XXXI Yay Olimpiya Oyunlarında birnəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəyə final yürüşündə gümüş medal qazanıb.
Finalda məsafəni 39.493 saniyəyə qət edən idmançımız Ukrayna təmsilçisi Yuri Çebana uduzub. Braziliyalı İsakias Keyruş dos Santos bürünc medalın sahibi olub.
V.Demyanenko Azərbaycan yığmasına dördüncü gümüş medalı qazandırıb. Azərbaycan idmançılarının aktivində cəmi 8 medal var - 4-ü gümüş, 4-ü bürünc.
Cüdoçular Rüstəm Orucov, Elmar Qasımov və güləşçi Mariya Stadnik və Valentin Demyanenko gümüş, Yunan-Roma güləşi növündə Sabah Şəriəti və Rəsul Çunayev, avarçəkən İnna Osipenko-Radomskaya və taekvondoçu Patimat Abakarova bürünc medallar qazanıblar.
Bu gün avarçəkən İnna Osipenko-Radomskaya 500 metr məsafəyə final yürüşündə çıxış edəcək. **
R.Babayev