Azərbaycan prezidenti İlham Əliyev “Azəravtoyol” Şəmkir rayonunda Zəyəmçay üzərindəkörpünün bərpası üçün dövlət büdcəsindən 2 mln. manatın ayırılmasına dair sərəncam imzalayıb.
Sərəncama əsasən, bu vəsait Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.
Cari ilin iyun-iyul aylarında Şəmkir rayonu ərazisində aramsız yağan leysan nəticəsində Bakı-Ələt-Qazax avtomobil yolunda Zəyəmçay üzərindəki körpü qəzalı vəziyyətə düşmüşdü. Bu, Şəmkir və Tovuz rayonlarını birləşdirən yeganə körpüdür. **
R.Babayev