Avqustun 18-də İstanbulda qətlə yetirilən Rövşən Canıyevion (Lənkəranski) cənazəsi İstanbul-Lənkəran xüsusi reys ilə doğulduğu Lənkəran şəhərinə gətirilib.
Yerli mətbuatın məlumatına görə, “avtoritet”in cənazəsi Türkiyədəki azərbaycanlı iş adamı “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun təyyarəsi ilə gətirilib.
Aeropora yığışan minlərlə şəxs “Allahu Əkbər”, “Rövşən” çağırışları səsləndiriblər. Hava limanına istiqamətdəki yollarda tlıxaclar yaranıb.
Bununla yanaşı, sosial şəbəkə istifadəçiləri qeyd edirlər ki, Lənkəran hava limanında təxminən 25 nəfər toplaşıb.
Xəbər verildiyi kimi, Moskvada “qanuni oğru” Aslan Usoyanın (Ded Xasan) qətlinin sifarişçisi ehtimal edilən Rövşən Canıyev İstanbulda Barbaros bulvarındakı oteldən çıxarkən avtomobilə oturub və bu zaman iki naməlum şəxs tərəfindən silahlı hücuma məruz qalıb. Hücum nəticəsində R.Canıyev və sürücüsü ağır yaralanıblar. Həkimlərin səylərinə baxmayaraq sürücünün həyatını xilas etmək mümkün olmayıb.
R.Canıyev avqustun 18-də axşam vəfat edib. **
F.İsazadə