Azərbaycan və Cənubi Koreya arasında elektron hökumət və dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair razılıq əldə olunub.
Cümə günü dövlət idarəçiliyi sahəsində əməkldaşlıq üzrə Azərbaycan-Koreya forumu çərçivəsində müvafiq memorandum imzalanıb. Bu barədə agentliyin müxbiri imzalanma mərasimindən məlumat verib.
Sənədi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin (ASAN Xidmət) sədri İnam Kərimovvə Koreyanın daxili işlər naziri Hong Yun-Sık imzaladılar.
İ.Kərimov çıxışında qeyd edib ki, memorandum “Bakı ilə Seul arasında əməkdaşlıq üçün zəruri hüquqi çərçivələri” müəyyən edəcək.
“Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi altında əsaslı iskahatlar həyata keçirilir. Onlardan biri ölkədə “ASAN Xidmət”in açılışı olub. Fəaliyyəti dövrü ərzində 11 mln. vətəndaş bu xidmətlədən yararlanıb. Ümumilikdə, əhalinin 98%-i xidmətlərimizdən razıdır”, - deyə İ.Kərimov vurğulayıb.
Koreyanın daxili işlər naziri Hong Yun-Sık öz növbəsində qeyd edib ki, hazırki forumun keçirilməsində məqsəd Azərbaycan-Koreya əlaqələrinin genişləndirilməsi və elekton xidmət sahhəsində Cənubi Koreyanın təcrübəsinin öyrənilməsindən ibarətdir.
“Iki ölkə arasında möhkəm diplomatik əlaqələrin əsası 25 il öncə qooyulub. Ümid edirəm ki, bu münasibətlər gələcəkdə də inkişaf edəcək. Həmçinin, əminəm ki, Azərbaycan və Koreya vətəndaşlara xidmətin keyfiyyətinin yaxşılaşdırılması üzərində fəaliyyəti davam etdirəcək və elekton xidmətlərin göstərilməsi sahəsində fikir mübadiləsi aparacaq”, - deyə deyə nazir bildirib.
Cənubi Koreyanın Bakıdakı səfiri Kim Çanq-Qyun qeyd edib ki, postosvet məkanında Azərbaycan inkişaf etmiş elektron hökumət sistemi yaradıb və onun dünya arenasında irəliləməsi üçün addımlar atır.
O, həmçinin iki ölkə arasında digər sahələrdə də əməkadşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. **
F.İsazadə