Əfqanıstan özündə eyniadlı mərkəzin yaradılması məqsədilə “ASAN xidmət”in təcrübəsini öyrənir. Bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin (ASAN xidmət) sədri İnam Kərimov bəyan edib.
“Əfqanıstan özündə eyniadlı analoji “ASAN xidmət”in yaradılmasında maraqlıdır”, - deyə İ.Kərimov cümə günü mətbuat konfransında vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan əfqan həmkarlarına bu istiqamətdə yardım göstərəcək. Bura treninqlərin keçirilməsi, zəruri infrastrukturun yaradılması və təcrübə mübadiləsi daxildir.
İ.Kərimov həmçinin qeyd edib ki, yaxın iki il ərzində Azərbaycanda Şəki və Qubada yeni “ASAN xidmət” regional mərkəzləri yaradılacaq.
Onun sözlərinə görə, yaxın gələcəkdə Masallıda daha bir “ASAN xidmət” regional mərkəzinin açılışı olacaq. **
F.İsazadə