Bakı Ağır Cinayətlər Məhkəməsində “İslam dövləti” terror qruplaşmasının tərkibində döyüşməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Məhkəmənin dəftərxanasından veriloən məlumata görə, cümə günü keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Rufan Ağcabəyov və Vladimir Marfinin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
R.Ağcabəyov və M.Vladimir Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə ittiham olunurlar.
İttiham olunan şəxslər keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilən antiterror tədbirləri nəticəsində həbs ediliblər.
Hər iki şəxs 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.
R.Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada gedən döyüşlər zamanı öldürülüb. Hər iki qardaş birinci Qarabağ müharibəsi iştirakçısı olub. **
R.Babayev